1C OPERATOR-MÜHASİB

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Fidan X
Telefon (012) 533-01-11
E-mail hr@smeltd.az
Elanın tarixi 18-11-2022
Bitmə tarixi 18-12-2022
İş barədə məlumat

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.

Şirkət haqqında ətraflı məlumat - smeltd.az

- 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
- Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
- Kreditorlar və debitorlarla üzləşmələrin aparılması
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
- Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafiki
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 600-800 AZN
- Karyera yüksəlişi imkanı

Namizədə tələblər

- İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 illik iş təcrübəsi
- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli

- Dil bilikləri: Azərbaycan dili, Rus dili - Əla
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3) proqramını yüksək səviyyədə bilmək

- Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma; Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik; Fərdi və komanda da işləmə bacarığı; Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi sayt yazmaq olmaz! elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “1C operator muhasib” adını qeyd etməyiniz xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.