İş barədə məlumat- Müştərilər tərəfindən edilən ödənişlərin 1C proqramına gündəlik daxil edilməsi və uçotu
- Satış,alış,bank, anbar və digər əməliyyatların 1C proqramına daxil edilməsi
- Mal hərəkətliliyinin düzgünlüyünə nəzarət və anbar qalıqlarının sistem üzrə uzlaşdırılmasına 1C proqramında nəzarət etmək
- Proqramda material və kontragentlərin açılması
- Mədaxillərin proqram üzərindən təsdiqlənməsi
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Təmin ediləcək məhsullar üzrə tələbnamələrin tərtib edilməsi və sifariş üçün hazırlanması
- Görülən işlərlə bağlı tələb edilən aktların hazırlanması
- İnventarlaşmanın proqram üzərindən həyata keçirilməsi və nəzarət edilməsi
- Stok qalıqlarının sistem üzrə uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması
- Xidmət keyfiyyəti üzrə qiymətləndirmə nəticələri və məhsul təklifləri və s. üzrə analitik nəticələrin hesabatlarının çıxarılması və rəhbərliyə təqdim edilməsi
- İş yeri: Bakıxanov qəsəbəsi
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: 500-800 azn
Namizədə tələblər
- Anbar sahəsində 3 (üç) ildən az olmayan iş stajı
- 1C proqramından sərbəst istifadə bacarığı
- Microsoft Office alətlərindən sərbəst istifadə bacarığı
- İdarəetmə və nəzarət bacarığı
- Analitik düşünmə qabiliyyətli
- Diqqətli və Məsuliyyətli
- Kollektivdə ünsiyyət qurma bacarığı, kollektivdə işləmə bacarığı
Vakansiyaya uyğun namizədlər CV-lərini sayt yazmaq olmaz! ünvanına mövzu hissəsində “1C operator” qeyd etməklə göndərə bilərlər.
Bakıxanov qəsəbəsi və yaxın ətrafda yaşayan xanım namizədlərə üstünlük verilir.