İş barədə məlumatMSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Yol tikintisi üzrə mühəndis
Vəzifə öhdəlikləri:
- Yol tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək
- Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək
- Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq
- Yol tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək
- Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək
- Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqları yerinə yetirmək
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 1300-1600 AZN (Gross)
- ARƏM əsasən işə qəbul
- İş yeri: Bakı şəhəri
- Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97.
Namizədə tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Yol tikintisi üzrə mühəndis kimi minimum 3 il iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri üstünlükdür
- Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları haqqında məlumatlı olmaq
- Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı
- Layihəçəkmə və planlaşdırma bacarığı
- Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Yol tikintisi üzrə mühəndis" qeyd edərək sayt yazmaq olmaz! e-ünvanına göndərə bilərlər.