TİKİNTİ ÜZRƏ İŞ İCRAÇISI

1200 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs "Azconstruction" QSC
Telefon (051) 226-30-84
E-mail hr@azcon.az
Elanın tarixi 18-06-2020
Bitmə tarixi 18-07-2020
İş barədə məlumat

Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini
- layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
- İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
- Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
- Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir
- Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
- Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir.
- Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir.
- Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
- Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
- Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
- İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir
- 5 günlük iş həftəsi
- İş saatları: 08.00-dan 17.00-dək
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq
- AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır

Namizədə tələblər

- Ali təhsil (Sənaye və mülki tikinti)
- Tikinti layihələrində ən az 3 illik təcrübə,
- Ms Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və peşakar
- Dil bilikləri : Azərbaycan və rus dilində səlis danışa bilməli ,ingilis dilini orta səviyyədə
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
- İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.