TEXNİKİ İSTEHSALAT ÜZRƏ MÜHƏNDİS

700 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 65 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Aynur x
Telefon (012) 599-10-28
E-mail cv@sntinsaat.az
Elanın tarixi 07-09-2020
Bitmə tarixi 07-10-2020
İş barədə məlumat

- Əmək haqqı -razılaşma yolu ilə
- İş qrafiki 5 gün 09:00-dan 18:00-dək
- Tikinti, istehsalat, texniki nəzarət üzrə işlərin yerinə yetirilməsi
- İşçi sənədlərinin alınması, layihə sənədlərinin layihə ilə nəzərdə tutulmuş materialların spesifikasiyası və TQİ-nin (tikinti-quraşdırma işlərinin) fiziki həcimləri ilə uyğunluğunun yoxlanılması və sənədlər paketinin təmin edilməsi
- İşlərin qrafiklərinin, sxem və diqər texniki sənədlərin tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi
- Layihə və planların həyata keçirilməsində metodiki və praktiki yardım göstərilməsi
- Texniki sənədlərin ekspertizasını həyata keçirməklə çatışmazlığın müəyyənləşdirilməsi, aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi
- Lazım olan texniki məlumatların, işin g östəricilərinin və nəticələrinin təhlil edilməsi, sistemləşdirilməsi, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatların aparılması
- Qoyulmuş tələblərə qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edilməsi
- Yerinə yetirilmiş TQİ-nin qəbulu AKT-larının (Forma 2) tərtib edilməsi
- İşçi sənədlərinin, iş icraatı layihələrinin, iş icraatı jurnallarının tikinti sahələrinə vaxtında verilməsinin təşkil edilməsi
- Obyektlərin istismara buraxılmasını təmin edilməsi, qəbul komissiyası üçün sona çatdırılmış obyektlərə aid sənədlərin hazırlanması
- Podrat və subpodrat təşkilatların işlərinin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi
- Texniki hesabatların yoxlanılması

- Layihə sənədlərində nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin həcmini və realizasiya müddətinə müəyyən edir
- Materialların, məhsulların, konstruksiyaların dəyişdirilməsi məsələlərini tez bir zamanda həll edir (tikinti obyektlərinin keyfiyyətini aşağı salmadan)
- Texniki sənədlərin ekspertizasını həyata keçirməklə çatışmazlığın müəyyənləşdirilməsi, aradan qaldırılması tədbirlərinin həyata keçirilməsini təmin edir
- Bitmiş tikinti-quraşdırma işlərinin və obyektlərinin texniki qəbulunu həyata keçirir, lazımi texniki sənədləri tərtib edir
- Bitmiş tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır
- Obyektlərin tikintisində büdcə sənədlərinin, görülən işlərin uçot sənədlərinin yoxlanılmasını təmin edir

Namizədə tələblər

- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil
- Yaş- fərqi yoxdur
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi,müstəqil və qrup daxilində işləmək bacarığı
Məsuliyyətlilik;
- Komandada işləmək bacarığına malik olmaq, eləcə də müxtəlif və çox funksionalı komandada əməkdaşlıq edə bilmək

Müraciət etmək istəyən namizədlər CV-lərini sayt yazmaq olmaz! mail ünvanına mövzu hissəsinə “Mühəndis”qeyd edərək göndərə bilərsiniz

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.