TƏMİZLİKÇİ

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 40 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Arzu x
Telefon (012) 555-93-11
E-mail info@herra.az
Elanın tarixi 21-09-2020
Bitmə tarixi 21-10-2020
İş barədə məlumat

- İş vaxtı: 09:00-dan 18:00-dək
- İstirahət: Bazar günü

Vəzifə funksiyaları:
- Göndərildiyi iş yerinin(evin, mənzilin) daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normalarına, sanitar-gigiyena rejiminə uyğun olaraq xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin təmizlənməsi
- Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin, şüşələrin və güzgülərin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması
- Döşəmələri (qranit, mərmər, laminat, parkеt, kеramik plitə, хalça və s.)təmizləyərkən, səthlərdən ləkə və tozların silinməsi və yuyulması zamanı ehtiyyatlı olmaq və zədələnmələrə yol verməmək
- Duş qurğularının, kranların, duş süzgəcləri torunun, pilləkən qəfəsinin, pəncərələrin təmizlik vəziyyətinə nəzarət edilməsi
- Zibil qablarının təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması
- Yuyucu və dezinfeksiya vasitələrinin tətbiqi ilə mətbəxdə çirkli qablarının, tabaqların və inventarların əlnən və ya maşın vasitəsi ilə yuyulması, qab-qacağın və alətlərin silinməsi və qurudulması
- Tabə olduğu rəhbərindən, təmizlik parçalarını, təsərrüfat inventarını və təmizləyici-yuyucu vasitələrinin alınması və onların düzgün saxlanılması və istifadə olunması
- Dərman, alət və avadanlıqların daşınması, işlədilməsi və saxlanılmasını təlimata uyğun həyata keçirilməsi
- Su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə vaxtında rəhbərinə məlumat verilməsi
- Xüsusi yazılarla təchiz olunmuş xəbardaredici lövhələrlə işlədiyi yeri çəpərləmək
- Təmizlik zamanı müştərilərin şəxsi əşyalarına toxunmamaq

Namizədə tələblər

- Sanitariya və gigiyena qaydalarını ciddi əməl etməli, təmizləyici-yuyucu vasitələrin, dərmanların və kimyəvi əlavələrin təyinatını və onlardan istifadə qaydalarını bilməlidir
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə normaları, sanitar-gigiyena qaydaları barədə məlumatı olmalıdır
- Təmizlik işləri üzrə minimum 1 il iş təcrübəsi
- Yaş həddi: 20 - 40
- İşə planlı yanaşmağı bacarmalıdır
- İşdə dəqiq və məsuliyyətli olmalıdır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.