SƏTƏM ÜZRƏ MENECER

1000 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 25 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Nərmin Nəbiyeva
Telefon (012) 310-38-65
E-mail hr@at-geotech.com
Elanın tarixi 23-02-2020
Bitmə tarixi 23-03-2020
İş barədə məlumat

- Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələrin tətbiq olunması
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
- İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
- Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak

- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxması və lazımi ölçülər götürülməsi
- Müəssisədə mövcud ISO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparılması
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi
- İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi

- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
- Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Şərait:
- 5 gün 09:00-dan 18:00-dək, şənbə günü yarım iş günüdür
- İş yeri Masazır dairəsindən Xırdalana girişin 1-ci döngəsi
- Namizədlər ay ərzində bölgələrə ezam olunmağa hazır olmalıdır
- Korporativ nömrə və danışıq limiti şirkət tərəfindən təmin edilir

Namizədə tələblər

- İş planlama və təşkil etmə bacarığı olmalı
- Ali təhsil
- 5 ildən artıq bu sahədə iş təcrübəsi
- 3 ildən artıq sətəm üzrə menecer vəzifəsi üzrə iş təcrübəsi
- MS Office bilikləri
- Rus və ingilis dilləri arzuediləndir
- Sətəm üzrə sertifikatlar

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.