SATIŞ ÜZRƏ KOORDİNATOR

2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs İR şöbəsi
Telefon (055) 558-85-16
E-mail ilhama.mustafayeva.hr@gmail.com
Elanın tarixi 28-02-2023
Bitmə tarixi 28-03-2023
İş barədə məlumat

Partnyor Xarici Audit Şirkəti Beynəlxalq Əlaqələr departamentinin Avropa və
Asiya şöbələrinə koordinator vakansiyaları elan edir

İşin təsviri:
- Beynəlxalq layihələrin planlanması, idarəedilməsi və layihələr üzrə hesabatların
hazırlanması
- Xarici ölkələrdə ikitərəfli əməkdaşlığın aparılması istiqamətində işin təşkili və
koordinasiyası
- Yerli və xarici tərəfdaşlarla əməkdaşlığın aparılması istiqamətində yazışmaların
həyata keçirilməsi və vəzifə təlimatına uyğun olaraq digər işlər
Yumşaq bacarıqlar:
- Analitik və kreativ düşüncə tərzi
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət

- İş təcrübəsi: Ən azı 2 il bu və ya bu sahəyə yaxın iş təcrübəsi
- Səyahət əngəli olmayan (vaxtaşırı xarici ölkələrə ezamiyyətlər nəzərdə tutulduğu
üçün kişi namizədlərdə hərbi xidmətlə bağlı (sağlamlıqla bağlı yararsız, möhlət
hüququ və s.), qadın namizədlərdə isə ailə vəziyyəti ilə əlaqədar (analıq
məzuniyyəti, az yaşlı övladlarının olması və s.) problem olmayan namizədlərin
müraciət etməsi xahiş olunur)

Namizədə tələblər

Ali təhsil: (Beynəlxalq münasibətlər və menecment ixtisası üzrə təhsil almış
namizədlərə üstünlük verilir)
Yaş: 23-40
Dil bilikləri:
- İngilis və ya rus dillərinin ən azı birində sərbəst ünsiyyət qurmaq və rəsmi
yazışmaq qabiliyyəti (Digər xarici dilləri mükəmməl bilən namizədlərin
müraciətinə də baxılacaq və “CV”si həmin şirkətin HR departamentinin ehtiyat
bankına əlavə olunacaq)
- Nəticəyönümlülük və punktuallılıq
Stresə davamlı və biznes etikaya uyğun davranış şəklinə malik
- Əmək haqqı: 2000 və yuxarı (müsahibə əsasında müəyyən olunacaq)

Tələblərə uyğun namizədlər mövzu yerində “asiya coordinator” və ya “avropa
coordinator” başlığı ilə sayt yazmaq olmaz! ünvanına “CV”
göndərə bilərlər

Yalnız tələblərə cavab verən namizədlərin müraciətlərinə baxılacaq

russian Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.