İş barədə məlumat- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək
İş şərtləri:
- Əmək haqqı: Net 300 AZN fiks və əlavə satışdan bonus. Ortalama 1000-1800AZN arası əmək haqqı
- Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir
- Regionlara (Şirvan, Sabirabad, Saatlı, İmişli,Kürdəmir,Beyləqan,Fizuli) tələb olunur
- Regionlarda ezamiyyət xərcləri və qalmaq yeri ilə təmin edilir