İş barədə məlumatHoReCa sektorunda fəaliyyət göstərən Horeca MMC təqdim etdiyi məhsullar və yüksək müştəri məmnuniyyəti sayəsində müsbət ad qazanmışdır. Şirkət qabaqcıl Avropa brendləri ilə əməkdaşlıq edib peşəkar təmizlik məhsulları və avadanlığının satışı ilə məşğuldur.
- Rəqabətə davamlı əmək haqqı və satışa üzrə bonuslar
- İş qrafiki həftə içi 8:30-dan 17:30-dək, istirahət günü - şənbə, bazar
- Müntəzəm yerli və xarici təlimlərin verilməsi
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Yanacaq və telefon danışıq haqqının verilməsi
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı
- Mövcud müştərilərlə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu
- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi
- Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq
- Satış planını yerinə yetirmək
Namizədə tələblər
- Ali təhsil
- Sürücülük vəsiqəsi (B kateqoriya)
- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı
- Ünsiyyət qurmaq və inandırmaq bacarığı
- Şəxsi avtomobili olması
- Otel, restoran, kafe sektorunda təmizlik və gigiyenik vasitələrin satışı sahəsində təcrübəsinin olması üstünlükdür
CV-lərinizi sayt yazmaq olmaz! email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.