İş barədə məlumat- Avtomobil ehtiyyat hissələri ticarəti ilə məşğul olan şirkətimizə satış və marketing departamentinə rəhbər vəzifəsinə işçi axtarılır
- Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
- Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
- Aylıq satış planlarının gündəlik olaraq bölüşdürülməsi
- Ehtiyac duyulan satış komandası əməkdaşlarına (Yeni işçilərə) təlimlərin keçirilməsi
- Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
- Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
- Gündəlik satışlarda endirimlərin edilməsi
- Satışı zəif olan məhsullara hədəfin qoyulması
- Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi
- Anbar qalıqlarının satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi
- Qiymət təyini prosesində iştirak edilməsi
- Çatdırılma zamanı yaranmış problemlərin həll edilməsi
- Operator və sürücülərin işinin düzgün şəkildə koordinasiyasının təmin edilməsi
- Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
- Iş qrafiki: 1-6-cı günlər, saat 09:00-dan 18:00-dək
Namizədə tələblər
- Ali təhsil
- Satış sahəsində minimum 5 il, rəhbər vəzifəsində isə 3il təcrübə
- Komanda ilə işləmək
- Təqdimat və təsiretmə bacarığı
- Kompüter bilikləri (MS Office)
- Planlama bacarığı
- İdarəetmə bacarığı
- Araşdırma bacarığı
- Avtomobil ehtiyat hissələri barədə təməl biliklər