SATIŞ MƏSLƏHƏTÇİSİ

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Bağırova Rəxşəndə
Telefon (012) 541-26-10
E-mail cv@arsenalgroup.az
Elanın tarixi 03-08-2021
Bitmə tarixi 03-09-2021
İş barədə məlumat

Mebel istehsalı üçün hər növ yerli və xarici xammalın satışı (topdan və pərakəndə) və yarımfabrikatların istehsalı xidməti istiqamətində ixtisaslaşan və aparıcı şirkətlərdən biri olan ARSENAL GROUP artıq 28 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən idxal olunan xammal Avstriya, Almaniya, İtaliya, Bolqarıstan, Polşa və Türkiyənin 50-dən çox tanınmış şirkətlərindən gətirilir. Arsenal Group bu şirkətlərin 24-nü Azərbaycanda rəsmi distribyutor kimi təmsil edir. Azərbaycan mebel sektoruna keyfiyyətli və son tendensiyalara uyğun olan məhsullar təklif etmək üçün şirkətin nümayəndələri mütamadi olaraq dünya mebel sərgilərində iştirak edirlər.“ARSENAL GROUP” namizədləri “Satış məsləhətçisi” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək
- Satışla bağlı qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı öyrənmək və satış zamanı tətbiq etmək
- Müştəriləri gülərüz qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək
- Satış performansının artırılması ilə bağlı təlimlərdə iştirak etmək
İş şəraiti:
- Həftədə 6 iş günü, saat 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq (+500 AZN)
- İş yeri Ayna Sultanova heykəlinin yaxınlığı

Namizədə tələblər

- Yaş: 20-35
- Orta təhsil (Ali təhsil olanlara üstünlük verilir)
- Azərbaycan və rus dillində səlist nitq
- Satış sahəsində təcrübə (Mebel xam mallarının satışı sahəsində iş təcrübəsi üstünlükdür)
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, yüksək dərəcədə inandırmaq qabilliyyəti
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Müvafiq sahədə iş təcrübəsinin olması ( 1 il);
- Komandada işləmək bacarığı
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
- Stressə davamlılıq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.