SATIŞ MƏSLƏHƏTÇİSİ

400 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Həbib Vəliyev
Telefon (012) 564-77-93
E-mail habib.valiyev@omid.az
Elanın tarixi 15-01-2021
Bitmə tarixi 15-02-2021
İş barədə məlumat

- Mağazanın fasiləsiz satış işini təmin etməlidir
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Mağazanın ona təhkim edilən şöbəsini təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır
- Anbardan malları qəbul edərkən onların tamlığına, qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir
- İş qrafiki: Həftə içi 6 gün (1 gün istirahət)
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır

Namizədə tələblər

- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan)
- Elementar riyazi hesablamaları
- Satış texnikası və prinsiplərini
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq sayt yazmaq olmaz! ünvanına göndərmələri və ya N.Nərimanov ray.Əhməd Rəcəbli 44 ünvanında yerləşən Omid mağazasının baş ofisinə yaxınlaşaraq "İşə müraciət anketi" doldurmaları xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.