SATIŞ MƏSLƏHƏTÇİSİ

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Sumqayıt
Yaş 20 - 35 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Nüşabə Abdullayeva
Telefon (055) 500-91-00
E-mail cv@omid.az
Elanın tarixi 25-02-2020
Bitmə tarixi 25-03-2020
İş barədə məlumat

- OMİD topdan və pərakəndə satış mərkəzi yeni açılacaq mağazaları üçün satış məsləhətçisi, kassir, fəhlə, xadimə vəzifələrinə vakansiya elan edir. Mağazalar Bakı, Sumqayıt, Xırdalan və Masazır kimi ərazilərdə yerləşir.

- Satış məsləhətçisi vəzifəsinə 1-3 il iş təcrübəsi olan, orta və ya ali təhsilli şəxs təyin edilə bilər
- Satış məsləhətçisi aşağıdakıları bilməlidir
- Elementar riyazi hesablamaları
- İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını;

Namizədə tələblər

- Şöbənin fasiləsiz satış işini təmin etməlidir
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Müştəri şöbəyə yaxınlaşarkən vitrin və şöbə ilə bağlı işlərini saxlayaraq ilk növbədə müştəriyə məmnuniyyətlə xidmət göstərməlidir
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir
- Anbardan malları qəbul edərkən onların tamlığına, qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır

Qeyd: "CV"-nizi mövzu yerinə nəzərdətutduğunuz vəzifəni yazaraq sayt yazmaq olmaz! ünvanına göndərməyiniz xahiş olunur.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.