İş barədə məlumat- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi
- Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
- Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi
- Öhdəliyində olan məhsula görə məsuliyyət daşımaq
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi
- İş yeri : Bakı şəhəri, Babək prospekti
- Əmək haqqı fiks və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz