REVOLVER TORNAÇISI

0 ₼

Əlaqə Məlumatları
Şəhər Sumqayıt
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs METAK
Telefon +994125050810
E-mail hr@metak.az
Elanın tarixi 19-03-2024
Bitmə tarixi 19-04-2024
İş barədə məlumat

Əmək funksiyası:
- Revolver torna dəzgahlarında xüsusi mürəkkəb detallar və alətin böyük miqdarda keçid və quraşdırmalarla, emal və ölçülər üçün çətin keçilən, quraşdırma zamanı kombinə edilmiş bərkidilmə və müxtəlif müstəvilərdə yüksək dəqiqlikdə yoxlama tələb edən yerlərlə, dəqiqliyin 1-2 sinfi üzrə torna emalı və tamamlaması
- Bir neçə birləşdirilmiş səthlə müxtəlif konfiqurasiyalı xüsusi mürrəkəb alətin 1-ci dəqiqlik sinfi üzrə tamalanması və cilalanması
- Zədələnmə, komponentlərin itirilməsi və ya digər qüsurların aşkarlanması məqsədi ilə torna dəzgahını istismardan əvvəl yoxlamaq
- İşə uyğun fərdi mühafizə vasitələrini seçmək və onlardan istifadə etmək
- İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmaq, işlətmək və söndürmək
- Texniki tələblərə əsasən tamamlanmış hissələri ölçmək, yoxlamaq və ya test etmək
- Emal olunan detalın düzgün yağlanması və soyumasını təmin etmək
- Prosesdən sonra tullantıları və qalıqları düzgün şəkildə idarə etmək
- Texniki istismar prosedurlarına uyğun olaraq iş sahəsinin təmizliyini və xidmətə yararlı olmasını təmin etmək
- Xarakterik nasazlıqları aşkar etmək üçün istismar zamanı torna dəzgahının işini və sürət göstəricilərini müşahidə etmək və yoxlamaq
- Nasaz və zədəli komponentləri çilingər-sazlayıcı ilə birgə kənarlaşdırmaq, dəyişmək və yeniləmək
- Dəzgahı təmizləmək və yağlamaq, eləcə də yağlar, pas, ləkələr və kənar elementləri götürmək
- Bilavasitə rəhbərin verdiyi əlavə tapşırıqlarını yerinə yetirmək

Struktur bölməsi:
- Mexaniki emal sexi, Bakı istehsalat sahəsi
- Bilavasitə tabe olduğu instansiya
- Mexaniki emal sexi
- Hesabat verdiyi instansiya sex rəisi
- Hesabat verən instansiya struktura əsasən

Namizədə tələblər

Bilik və bacarıqlar:
- Müxtəlif konstruksiyalı tokar dəzgahlarının dəqiqliyinin yoxlanması qaydalarını
- Xüsusi mürəkkəb detalların quraşdırılması və bərkidilməsi üsulları və emalın texnoloji ardıcıllığının müəyyən edilməsi metodları
- Cizgini oxumaq qabiliyyəti olmaqla bərabər, təmizlik sinfi, dəqiqlik dərəcəsi haqda təcrübəsi olmalı
- Cizgi və ya nümunə əsasında verilmiş hissəni torna dəzgahında mexaniki emal etməyi bacarmalı
- İstifadə edilən əsas xammalın xarakterik xüsusiyyətlərini bilməli
- Fərdi mühafizə vasitələrindən istifadə qaydaları
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi, ilk tibbi yardım, istehsalat sanitariyası qaydalarını bilməlidir

Yanaşma:
- Yüksək səviyyədə dəqiq olmaq və təfərrüatlara (detallara) diqqət yetirmək
- Daxili nizam-intizam qaydalarına riayyət etmək
- Dəqiq qrafikə əsasən səmərəli işləmək

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.