QUMLAYICI

500 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 22 - 40 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Bakı Gəmiqayırma Zavodu MMC
Telefon (012) 446-49-44
E-mail hr@bakushipyard.com
Elanın tarixi 04-08-2021
Bitmə tarixi 04-09-2021
İş barədə məlumat

- Əmək haqqı: 500-800 AZN
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun əmək haqqına əlavə olaraq hesablanır
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
-Tibbi və həyat sığortası imtiyazları təmin edilir

Namizədə tələblər

- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə metal səthlərin qumlama metodu ilə boyama prosesinə hazırlanması, boya tətbiq ediləcək səthin müxtəlif qalıqlardan təmizlənməsi, səthlər üzərində cilalama, təmir, bərkitmə və tamamlama işlərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:
- Bütün peşə alət və avadanlıqlarında sərrast işləmək, onları texniki cəhətdən saz saxlamaq
- Səthlərdə müvafiq qaydada cilalama işlərini yerinə yetirərək boyama və astarlama prosesinə hazırlamaq
- Astarlama mərhələsinədək səthləri yumaq, müvafiq təmizləyici maddələrlə hazır vəziyyətə gətirmək
- Xüsusi avadanlıq və iş texnikası tələb etməyən sadə boyama əməliyyatlarını yerinə yetirmək
- Ehtiyac olduğu təqdirdə səthlərə örtük çəkmək və naqillərin üzərini bağlamaq
- İş bitdikdən sonra iş yerini təmizləmək
- Zavodun keyfiyyət normalarına və təhlükəsizlik qaydalarına əməl etmək və bu barədə öhdəlik götürmək

Digər tələblər:
- Orta və ya orta-texniki təhsil
- Ağır sənayedə 2 ildən yuxarı müvafiq peşə təcrübəsi
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı
- Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmək bacarığı

Maraqlanan namizədlərdən sayt yazmaq olmaz! e-mail ünvanına CV-lərini göndərməsi xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.