QAZANXANA OPERATORU

700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Əliqadir Əhədzadə
Telefon (055) 500-74-64
E-mail hr@avrora.az
Elanın tarixi 04-06-2020
Bitmə tarixi 04-07-2020
İş barədə məlumat

Sizin əsas vəzifə öhdəlikləriniz :
- İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi
- Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması
- Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi

Bizim iş şərtləri :
- İş qrafiki : Növbəli
- İş yeri : Hökməli qəs
- Nahar və servis şirkət tərəfindən təmin olunur

Namizədə tələblər

- Təhsil : Orta texniki təhsil
- İş təcrübəsi : Müvafiq sahə üzrə 1 il.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini, texniki xarakteristikalarını, qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini, istilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin, suyun və buxarın keyfiyyət normalarını, ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini, qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini, istifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini, qazan aqreqatının texniki-iqtisadi göstəricilərini, istilik texnikasının mexanikanın, elektrotexnikanın su hazırlığının əsaslarını bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qazanxana operatoru” yazaraq sayt yazmaq olmaz! ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.