PLASTİK BORU İSTEHSAL OPERATORU

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Səbinə x
Telefon (050) 525-35-98
E-mail hr@karvanl.com
Elanın tarixi 11-09-2020
Bitmə tarixi 11-10-2020
İş barədə məlumat

- Işin tələblərini müəyyən etmək
- Sadə işçi çertyojları, işə aid müvafiq texnoloji təlimatları və verilmiş texniki tapşırıqlara uyğun olaraq texniki tələbləri şərh etmək
- Maşın və mexanizmlərin işçi parametrləri ilə əlaqədar tələbləri başa düşmək
- Nəzarət cədvəlləri və ya digər sənədlərə əsasən, xammalda olan uyğunsuzluqları, o cümlədən çirklənməni və rəngin dəyişməsini müəyyən etmək
- Məhsulda olan uyğunsuzluqları istehsalın texnoloji reqlamentinə uyğun olaraq aradan qaldırmaq
- Təhlükəsizlik ilə əlaqədar ehtiyat tədbirlərinə riayət etmək
- Mühafizə vasitələrinin düzgün quraşdırılması və istismarını yoxlamaq
- Avadanlığı işə salmazdan əvvəl yoxlamalar aparmaq
- Texnoloji təlimata uyğun olaraq istimar prosesində texniki xidmət ilə əlaqədar proqram nəzarətini həyata keçirmək
- İstismardan əvvəl maşın və mexanizmlərin işçi parametrlərini, onların qoruyucu vasitələrinin sazlığını yoxlamaq
- Elektron idarəetməni və proqramın düzgün müəyyən edilməsini yoxlamaq və ya sadə proqramlaşdırma həyata keçirmək
- Yükləmə qurğusunun naqil və kabel örtüklərinə nəzarət etmək
- Avadanlıq, xammal və alətlərin müvafiq tələblərə uyğun olmasını yoxlamaq. Maşın və mexanizmləri, texnoloji prosesi idarə etmək
- Zərurət yarandığı təqdirdə, istehsalın ahəngdarlığını pozmadan maşın və mexanizmləri komponentlərlə (və ya təkrar emal üçün nəzərdə tutulan xammalla) təmin etmək
- Maşın və mexanizmlərin təhlükəsiz və düzgün istismarına nəzarət etmək
- Müvafiq temperaturlar, təzyiq və presləmə dövrünün müddətini yoxlamaq üçün nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək
- Təzyiq və temperaturu tənzimləmək
- Fövqəladə prosedurlara riayət etmək
- Məhsul və ya istehsalda uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq
- Qəlibdə hazırlanmış məhsulun səthindəki uyğunsuzluqları, o cümlədən batıqlar, köpüklər, zəif yerlər və çatları yoxlamaq
- Maşın və mexanizmlərin işçi parametrlərini nizamlamaqla məhsulda olan uyğunsuzluqları aradan qaldırmaq
- İstehsal prosesi barədə məlumat vermək
- Qəliblərdə olan qüsurlar barədə nəzarətçiyə məlumat vermək
- Tabeçiliyindəki köməkçi işçilərin əmək intizamına və fəaliyyətinə nəzarət etmək
- Iş rejimi həftə içi 5 gün
09:00-dan 18:00-dək
- Nahar-Şirkət tərəfində verilir

Namizədə tələblər

- Təhsil Ali-texniki
- Yaş həddi 25-40

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.