MÜHASİBAT ŞÖBƏSİNİN MÜTƏХƏSSİSİ

1200 - 1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Bank Avrasiya ASC
Telefon (012) 598-85-85
E-mail cv@bankavrasiya.az
Elanın tarixi 15-02-2021
Bitmə tarixi 15-03-2021
İş barədə məlumat

- Bankda mühasibat uçotunun təşkilini və aparılmasını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələblərinə-hesablama metodu, fasiləsizlik, şəffaflıq, etibarlılıq və müqayiyisəlilik kimi prinsiplərinə uyğun həyata keçirmək
- Qüvvədə olan qanunvericiliyinə uyğun olaraq faktiki qeydə alınan ilkin uçot sənədlərinin əsasında hesablamaların, ödənişin və diqər maliyyə əməliyyatlarının icrasını təmin etmək
- Mühasibat əməliyyatlarının balans və balansdankənar hesablarda müxabirləşmələrinin düzgün və vaxtında verilməsini təmin etmək
- Analitik uçot hesabları üzrə əks olunan məbləğlərin sintetik uçot üzrə əks olunan məbləğlərə uyğun olmasını yoxlamaq və uyğunsuzluq yarandıqda, müvafiq düzəlişlərin aparılmasını təmin etmək
- Işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin müəyyən edilmiş müddətdə mövcud qanunvericiliyə müvafiq olaraq hesablanmasını təmin etmək
- Bankın rəhbərliyinin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirmək
- Bankda istifadə üçün alınmasına qərar verilmiş əsas vəsaitlərin, mal və materialların, işlərin və xidmətlərin qüvvədə olan qanunvericiliyə və qaydalara uyğun olaraq Şöbəyə təqdim edilmiş ilkin uçot sənədlərinə əsasən və vaxtında icra etmək
- İş vaxtı - həftədə 5 gün, 09.00-dan 18.00-dək

Namizədə tələblər

- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- Bankda maliyyə sahəsində ən azı 3 il iş stajı
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
- Rus və ingilis dillərini orta dərəcədə bilmək
- MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı
- Korporativ davranış normalarını bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.