MÜHASİB

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 33 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Sübhan Namazov
Telefon (051) 205-10-12
E-mail hr@smeltd.az
Elanın tarixi 22-11-2021
Bitmə tarixi 22-12-2021
İş barədə məlumat

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Sahibkarın Məsləhət Evi» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.

“Sahibkarın Məsləhət Evi” şirkətinə hal hazırda mühasib vakansiyası tələb olunur.

İşin təsviri:
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Vergi, Vahid bəyannamələrin hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
- ƏDV hesabatlarının tərtib edilib göndərilməsi
- Bank əməliyyatlarının idarə olunması
- Digər, qanunvericiliyə uyğun olaraq sənədlərin hazırlanması və s.

Əmək şəraiti:
-İş qrafiki:
6 günlük iş qrafiki
bazar ertəsi-cümə günlər - 09:00-dan 18:00-dək
şənbə günü- 09:00-dan 13:00-dək
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: 500-600AZN

sayt- smeltd.az

Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B

Namizədə tələblər

- İqtisadiyyat və ya Maliyyə sahəsində ali təhsil və ya natamam ali təhsil
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- 1C 8.2, 8.3 ilə sərbəst işləmə bacarığı
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilmək
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək və Excel proqramından sərbəst istifadə bacarığı

Təcrübə:
- Maliyyə və Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi

Şəxsi keyfiyyətlər:
- Stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli
- İş zamanı özünü doğruldub, irəlidə Baş mühasib olmaq məqsədi ilə yanaşma tərzi, daha çox keyfiyyətli iş görməyə önəm verən şəxs.

Professional bacarıqlar və kompetensiyalar:
- Zamanın idarə olunması
- Analitik düşüncə
- Detallara diqqət
- Ünsiyyət bacarıqları
- Məsuliyyət

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.