MÜHASİB

600 - 900 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Əzizli Günel
Telefon (012) 480-17-66
E-mail office@bakubusinessconsulting.com
Elanın tarixi 08-05-2020
Bitmə tarixi 08-06-2020
İş barədə məlumat

Şirkət haqqında

“Baku Business Consulting” MMC 2014-cü ilin noyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq, insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

- Mühasibatlıq modulu üzrə 1C əməliyyatlarının aparılması
- Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması
- Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
- İdxal olunmuş malların maya dəyərinin hesablanması
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
- Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
- Vergi hesabatlarının hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
- Məcburi dövlət sosial sığortası haqqında hesabatların hazırlanması
- Statistika hesabatlarının hazırlanması

İş şərtləri
- İş qrafiki: 1-5 günlər, 09:00-dan 18:00-dək, 6-cı gün 09:30-dan 13:00-dək

Namizədə tələblər

- 1C və BTP proqramlarında sərbəst şəkildə işləmək
- İnternet vergi idarəsi, elektron hökumət portalı və internet banking -də işləmək
- Vergi və maliyyə hesabatlarını hazırlanmaq
- Vergitutma və Mühasibat uçotunun məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması haqqında qanunvericilik normalarını bilmək
- Məcburi dövlət sosial sığorta haqqı hesabatlarını hazırlanmaq
- Statistika hesabatlarını hazırlanmaq
- Məsuliyyətli olmaq
- İşgüzar etiket qaydalarına riayət etmək
- İşçi heyəti ilə düzgün münasibətdə olmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.