MERÇENDAYZER-ƏMTƏƏŞUNAS

500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Elnur m
Telefon
E-mail kidzonehr1@gmail.com
Elanın tarixi 19-01-2021
Bitmə tarixi 19-02-2021
İş barədə məlumat

- Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlamasını və realizə edilməsinə nəzarət etmək, məhsula satış görünüşünü vermək
- Öhdəliyində satış nöqtələrində Şirkət məhsullarının sifarişlərini yazmaq və qəbul etmək
- Davamlı olaraq Satış məntəqələrini ziyarət edərək mal çatışmazlığını müəyyən etmək
- Şirkətin məhsullarının ərazilərdə satışının təşkili
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü
- Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq
- Satış nöqtələrində hərəkət istiqamətinə görə rəf başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə çalışmaq
- Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəf payı və penatrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksikliklər barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etməklə satış heyətinə dəstək olmaq və ehtiyac duyulduqda yerindəcə sifarişi qəbul etmək
- Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək, qiymət kağızlarını, posterləri istehlakçıların rahat görə biləcəyi yerə yapışdırmaq
- Şirkətin təqdim etdiyi uniformasını təmiz saxlamaq və geyim qaydasını pozmamaq
- Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək
- Daim Şirkətin mənafeyini və imicini qorumaq
- Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək
- Gülərüz, mehriban olmaq, alıcılarla nəzakətli rəftar etmək, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmaq
- Merçendayzerin vəzifə səlahiyyətlərinə uyğun digər işlər də həvalə edilə bilər

- İş qrafiki 09:00-dan 18:00-dək
- Həftədə 1 dəfə razılaşmalı istirahət günü
- Şəxsi atomobilin olması üstünlükdür
- Əmək haqqı 500 azn + bonus

Namizədə tələblər

- Ali təhsil
- Rus dili bilgisi üstünlükdür
- Merçendayzer vəzifəsində iş təcrübəsi - 2 ildən çox
- Merçendayzinqin işini çox yaxşı bilməli
- Ev əşyalarının satışı, uşaq paltarlarının satışı, oyuncaq sahəsində merçendayzer kimi iş təcrübəsi üstünlükdür

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.