İş barədə məlumatRJ Chemical Co MMC şirkətinə merçendayzer namizədləri tələb olunur.
Şirkət haqqında məlumat:
"RJ Chemical Co" MMC 2007-ci ildən etibarən fəaliyyət göstərir və Azərbaycanda ən böyük yuyucu məhsul istehsal edən şirkətlərdən biridir.
İş haqqında məlumat:
- Rut üzrə satış nöqtələrini ziyarət etmək
- Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş planaqrama əsasən düzmək
- Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və nəzarətçiyə bu barədə məlumat vermək
- Endirimdə olan və ya hədiyyəli məhsullar barədə müştəriləri məlumatlandırmaq, rəflərdə bu barədə etiketlənmələri həyata keçirmək
- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq
- Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət
- Qrafik:Həftədə 6 gün, iş saatı:09:00 dan 18:00
- Ərazi : Bakı və Bakı kəndləri ola bilər.
Sumqayıtda qalanlar üçün Sumqayıt ərazisi olacaq.
Namizədə tələblər
- Xanım namizədlərə üstünlük verilir
- Market sahəsində təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
- Dinamik, gülərüz
- Komandada işləmə bacarığı olmalı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalıdır
- Dil bilikləri: Azərbaycan dili,digər dilləri bilmək üstünlükdür
Maraqlanan şəxslər cv-lərini sayt yazmaq olmaz! -a göndərə bilərlər.
Yalnız şəkilli cv-lərə baxılır.