MENECER

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Nərmin Hüseynova
Telefon (055) 212-33-32
E-mail office@avrasiyabaku.az
Elanın tarixi 26-10-2020
Bitmə tarixi 26-11-2020
İş barədə məlumat

- Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi
- Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi
- Müştərilərlə danışıqlarda iştirak etmək, müqavilələrin bağlanması və gələn sifarişlərin tərcüməçilərə yönləndirilməsi
- Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, mail göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatları qeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq
- Problemləri sürətli həll etmək bacarığı
- Tərcüməçilərin iş qrafikini planlaşdırmaq və sifarişləri düzgün şəkildə bölüşdürmək, bu barədə rəhbərliyi daim məlumatlandırmaq
- Şirkətlərlə şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında yazışmalar aparmaq
- Beynəlxalq yazışmalar aparmaq
- Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (poçtla, kuryerlə, elektron poçtla və s.)
- Gələn qonaqların qarşılanması
- Direktorun birbaşa tapşırıqlarının yerinə yetirilməs
- Sosial şəbəkələr üçün nəzərdə tutulan video təqdimatlarda iştirak

-İş vaxtı 09:00 - 19:00
-İş günü 6/1 (bazar günü istirahət günü)
-Şirkət tərəfindən korporativ nömrə verilir

-Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Menecer” qeyd etmələri xahiş olunur.

Namizədə tələblər

- Yalnız xanım namizədlər
- Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir)
- İş təcrübəsi: minumum 3 il iş stajı olan, bilavasitə müştərilərlə xidmət sahəsində çalışan namizədlərə üstünlük veriləcəkdir
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir. Sərbəst istifadəçi
- Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir
- Nitq qüsursuz
- Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir)
- Eyni anda bir neçə işi görmək bacarığı
- Mehriban, xoşgörünüşlü və ünsiyyətcil
- Stressədavamlılıq
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.