MEMAR (VİZUALİZATOR)

800 - 1800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs "Arxstudiya XM" MMC
Telefon (012) 488-68-02
E-mail info@arstudiya.az
Elanın tarixi 01-07-2020
Bitmə tarixi 01-08-2020
İş barədə məlumat

Vəzifə funksiyaları:
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir
- Hazırladığı “Mood board”-ları təqdim edir, əsaslandırır və bəyənilmiş “Mood board” üzərindən işini davam etdirir
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlayır
- Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür.
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə alır
- Layihənin hazırlanmış eksteryer və interyerinin 2D və 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir

Namizədə tələblər

- Ali təhsil (istiqamət: memarlıq, mühəndislik, rəssamlıq, incəsənət)
- İstiqamət üzrə minimum 10 il, vəzifə üzrə minimum 5 il iş təcrübəsi
- Autodesk 3ds Max və AutoCAD proqramlarında işləməyi bacarmalı
- Yüksək səviyyəli fotorealistik vizual görünüş (eksteryer,interyer,landşaft) tərtib etməyi bacarmalıdır
- CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop, (Adobe InDesign) proqramlarında işləməyi bacarmağı arzuolunandır
- Tikinti norma və qaydalarını bilməlidir
- İşçi və eskiz layihələrini hazırlamağı bacarmalı və işlərin layihəyə uyğun icra olunduğuna nəzarət etməlidir
- İşə planlı yanaşmağı bacarmalıdır
- İşdə dəqiq və məsuliyyətli olmalıdır
- Portfolio mütləqdir(əlavə edin: Məsələn, behance.net-dən)

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.