MALİYYƏ TƏHLİLİ ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ

1000 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs "Azərbaycan Sənaye Korporasiyası" ASC
Telefon (012) 505-95-11
E-mail hr@ask.gov.az
Elanın tarixi 22-10-2020
Bitmə tarixi 22-11-2020
İş barədə məlumat

- Maliyyə hesabatları, biznes planlar və layihələr üzrə təhlillərin aparılmasını təmin etmək, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək
- Səmərəlilik , likvidlik və uzun müddətli dayanıqlıq göstəricilərini əvvəlki dövrlərlə müqayisə edib mühüm fərqləri araşdırmaq
- Pul vəsaitlərinin hərəkətinə nəzarət edərək kənarlaşmaları, gözlənilən riskləri və əlavə imkanları təhlil etmək
- Büdcə və proqnozların təhlil olunması, faktiki xərclərin büdcə limitlərinə uyğunlugunun monitorinqi, xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
- İnvestisiyaların səmərəliliyini təhlil etmək və kənarlaşmalar üzrə mütəmadi olaraq hesabat hazırlayıb təqdim etmək
- Maliyyə və uçot şöbələrinə müvafiq hesabatların hazırlanmasında dəstək göstərmək, meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq
- Dövlət strukturları tərəfindən təqdim olunmuş sorğular üzrə maliyyə təhlillərinin aparılması
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək
- İş qrafiki: 1-ci və 5- ci günlər (tam iş günü)
- Nahar vaxtı: 13:00- 14:00

Namizədə tələblər

- Müvafiq maliyyə və iqtisadi təhsil (bakalavr və daha yüksək)
- İxtisaslaşmış təlim-tədris müəssisə və təşkilatlarından müvafiq sertifikatlar (ACCA, CİMA, CFA və s.)
- İş təcrübəsi (minimum 3 il)
- Məsuliyyətli və intizamlı olmaq
- Biznes etikası qaydalarına riayət etmək və nümunəvi davranış
- Komandada çalışmaq bacarığı
- Vaxtın düzgün planlaşdırılması və tapşırıqların vaxtında icrası
- Dəyişikliklərə çevik reaksiya vermək və tez uyğunlaşmaq

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.