İş barədə məlumat- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması, müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması, internet və digər media kanalları üzərindən potensial müştərilərin və tenderlərin axtarışı
- Müştəri bazasının formalaşdırılması və korporativ münasibətlərin qurulması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və təqdimatların hazırlanması
- Sorğuların qəbul olunması , qiymətləndirilməsi və təkliflərin göndərilməsi
- Tələb əsasında müqavilələrin hazırlanması, satış sonrası müvafiq sənədləşdirilmələrin aparılması və ödəmələrin izlənilməsi
- Biznes əlaqələrinin maksimallaşdırılması və müştəri xidmətlərinin inkişaf etdirilməsi
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Satış planına uyğun işlərin aparılması
İş şəraiti
- 5 günlük iş qrafiki -08:00-dan 18:00-dək, 6-cı gün 10:00-dan 15:00-dək
- Əmək haqqı : 500 AZN, həmçinin əlavə bonuslar
Namizədə tələblər
- Xanım namizədlər tələb olunur
- Ali təhsil
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilini bilənlərə üstünlük veriləcəkdir
- Problemlərin təhlili və həlli, qərar vermə bacarığı
- Ünsiyyətcil , təqdimat edə bilmə və inandırmaq bacarığı
- Məntiqi və analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq
- MS Office (Excel, Word, PowerPoint) proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı
- 1 il korporativ mühit və əlaqədar sahədə təcrübə
- Komandada işləmək bacarığına malik olmaq
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Korporativ Satış Mütəxəssisi” yazıb sayt yazmaq olmaz! e-mail ünvanına göndərə bilərlər.