İş barədə məlumat- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi
- Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur
- İş rejimi: 5 günlük iş həftəsi, saat 09.00-18.00, nahar vaxtı: 13.00-dan 14.00-dək
- İstirahət günləri şənbə və bazar günləridir
Namizədə tələblər
- Korporativ satış sahəsində minimum 3 illik iş təcrübəsi
- B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
- Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir)
- MS Office proqramlarını yüksək səviyyədə bilməli
- Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı
- İdarəetmə və liderlik bacarığı
- Məsuliyyətli və güclü analitik düşünmə bacarığı
- Müştəriyönümlü satış bacarığı
- Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı