İş barədə məlumat- Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək
- Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.)
- Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması
- Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir
- Əmək haqqı: Razılaşma əsasında; (təcrübə və biliklərə uygun)
- Şirkət tərəfindən naharla təmin edilmə
- İş qrafiki: 6 gün, 08:00-dan 18:00-dək
Namizədə tələblər
- Kimya, biologiya, (mikrobioloq) sahəsində ali təhsil mütləqdir
- Kimyaçı - laborant və ya laborant mikrobioloq olaraq iş təcrübəsi mütləqdir
- Xanım namizədlər arzuolunandır
- Qida istehsalı sahəsində (alkoqolsuz içkilərin istehsalı) peşəkar laborant kimi təcrübəyə və bacarığa malik olmalı
- İş təcrübəsi minimum 3 il
- Yaş həddi 30-55
- Ona həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilməli
- Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli
CV-lərinizi sayt yazmaq olmaz! ünvanına “Kimyaçı laborant” başlığı ilə göndərin.