KAFEDRA MÜDİRİ (SOSİAL İŞİN TƏŞKİLİ /İQTİSADİYYAT)

1000 - 1200 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 40 - 60 yaş
Təhsil Elmi dərəcə
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Kəmalə Əfəndiyeva
Telefon (012) 431-41-12,115
E-mail kamala.afandiyeva@au.edu.az
Elanın tarixi 07-09-2020
Bitmə tarixi 07-10-2020
İş barədə məlumat

- Kafedranın illik iş planını təsdiq etmək və onun fəaliyyətinə rəhbərlik etmək
- Kafedra iclaslarını təşkil etmək, onlara sədrlik etmək, onların qərarlarını təsdiq etmək
- Kafedrada tədris olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etmək, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək, auditoriyadankənar dərslərin keçirilməsini təşkil etmək
- Aidiyyəti üzrə tədris olunan ixtisaslar üzrə tədris planının tərtib edilməsini təmin etmək;
- Qanunvericiliklə, universitetin daxili aktları ilə müəyyən olunmuş müddətlərdə kafedranın professor-müəllim heyətinin illik dərs yükünün bölgüsünü aparmaq, onun müzakirəsi və təsdiqini təşkil etmək
- Professor-müəllim heyətinin fərdi və təqvim planlarını, sillabusları, illik işçi planlarını yoxlamaq və təsdiq etmək
- Qanunvericiliyə uyğun olaraq professor-müəllim heyəti seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil etmək
- İmtahan suallarının və biletlərinin yoxlanılmasını və təsdiqini təmin etmək
- Kafedra əməkdaşlarından ibarət imtahan nəzarətçi cədvəlini təsdiq etmək və onların (imtahan nəzarətçilərinin) fəaliyyətinə nəzarət etmək
- Kafedra müəllimlərinin açıq dərslərini təşkil etmək, onun nəticəsini təhlil etmək
- Ayda bir dəfədən az olmayaraq kafedra iclasını təşkil etmək və onun sənədləşdirilməsini təmin etmək
- Kafedra əməkdaşlarının illik iş planlarının hazırlanmasını, habelə illik elmi hesabatının hazırlanmasını və elm şöbəsinə vaxtında təqdim edilməsini təmin etmək
- Təhsilin bütün formaları üzrə mühazirələrin, laborator, praktik seminar məşğələlərin və kafedranın fəaliyyəti ilə bağlı digər tədbirlərin təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik etmək
- Yekun buraxılış imtahanlarına, istehsalat təcrübəsinə, diplom layihələrinə, tələbələrin müstəqil işlərinə, tələbələr arasında təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik etmək
- Təcrübədə iştirak edəcək tələbələr üçün təcrübə müəssisəsi müəyyənləşdirmək
- Təsdiq olunmuş iş planına uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehalatda tətbiqinə nəzarət etmək
- Doktorant/dissertantların illik attestasiyadan keçirilməsinə nəzarət etmək, dissertasiyaların müzakirəsini təşkil etmək
- Fakültə üzrə elmi-metodiki və elmi seminarların təşkilini təmin etmək
- Hər il kafedranın fəaliyyəti barədə Fakültə Elmi Şurasına hesabat təqdim etmək
- Kafedra əmakdaşlarının universitetdə keçirilən profilə uyğun elmi konfrans simpozium və sair tədbirlərin təşkilində fəal iştirakını təmin etmək, habelə yerli və beynəlxalq konfrans və digər elmi tədbirlərdə iştirakını təşviq etmək
- Beynəlxalq təcrübəni araşdırmaq və uyğun olduğu halda rəhbərliklə razılaşdırmaqla kafedranın fəaliyyətində tətbiq etmək
- Zəruri hallarda digər universitetlərin kafedraları, elmi-metodik şuraları və başqa qurumlarla əlaqələr yaratmaq
- Kafedraya aid olan fənlər üzrə dərs və dərs vəsaitlərinin əldə olunmasını təmin etmək
- Ustad dərslərin keçirilməsini təşkil etmək
- Kafedrada fəaliyyət göstərən işçilərin əmək, icra və xidmət intizamına nəzarət etmək, onlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, inkişafı üçün şərait yaratmaq
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
- iş günləri: həftənin 5 günü, saat 08:30-dan 17:30-dək

Namizədə tələblər

- Kompüter tələbləri: Ms Windows, Office 365 (Outlook, Teams, Forms, OneDrive və s.), Ms Office (Word, Excel, Accsess və s.), İnternet Explorer - orta və yüksək səviyyədə
- Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
- Azərbaycan Respublikasının təhsil qanunvericiliyini bilməli
- Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını bilməli
- Elm, tədris-tərbiyə sahəsində innovativ təcrübələri bilməli
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməli

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.