İş barədə məlumat- Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək
- İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq
- Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək
- İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək
- İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək
- Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq
- İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək
- Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək
- Əmək haqqı hesablanılması prosesində iştirak etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
- İş vaxtı bazar ertəsi - şənbə 08:00-dan
17:00-dək
- İş yeri Qaradağ r-nu Sahil qəsəbəsindədir
- Qaradağ Metal konstruksiyalar zavodu