İT MÜTƏXƏSSİS

600 - 800 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 18 - 35 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Zeynal Xıdırov
Telefon (012) 497-46-21
E-mail cv@atv.az
Elanın tarixi 15-01-2021
Bitmə tarixi 15-02-2021
İş barədə məlumat

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası "İT mütəxəssis (İT Texniki xidmət üzrə mütəxəssis/İT Help Desk)" vakansiyası elan edir.

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası özünə, həmçinin öz bilik və bacarıqlarına güvənən, pozitiv, dinamik fərdi inkişafa meyl edən, öz işində yaradıcı olan şəxslərin daim axtarışındadır.

Vakansiya haqqında:
- Şirkət: Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası
- İdarə: Texniki Departament
- Şöbə: İT Şöbə
- İş qrafiki: Standart
- Son müraciət tarixi: 15.02.2021
- Əmək haqqı: 600-800

Öhdəliklər:

- Gündəlik kompüter istifadəçilərindən gələn sorğuları qəbul edib onlara prioritetə uyğun olaraq texniki dəstək göstərmək
- Kompüter istifadəçilərində yaranan avadanlıq və ya proqram səviyyəsində problemləri aşkar edib, aradan qaldırmaq
- Əməliyyat sistemləri və yaxud şəbəkədə yaranmış xırda nasazalıqları aradan qaldırmaq
- Printer və skaner qurğularında yaranmış nasazlıqları proqram səviyyəsində həll etmək
- Şöbənin sənədləşmə işlərini vaxtında yerinə yetirmək (Elekton və kağız)

Bizim komandaya qoşulmaqla siz nə əldə edəcəksiz?

- Müxtəlif server, şəbəkə, təhlükəsizlik qurğuları və kompüterləri ilə iş təcrübəsi
- Təcrübəli və daim dinamik inkişafda olan komanda ilə işləmək
- Fərdi bilik və bacarıqlarını artırmağa, vəzifə irəliləyişlərinə dəstək olan komanda ilə işləmək
- Gülərüz və pozitiv mühitdə işləmək
- Canlı yayımla bağlı olan işlərin öyrənilməsi şansı

Namizədə tələblər

- Yaş: 18-35
- İT Sahəsində (Aparıcı İT mütəxəssis, İT mütəxəssis, Texniki xidmət mütəxəssisi) ən azı 2 il təcrübə
- Windows ailəsinə məxsus əməliyyat sistemləri ilə işləmə bacarıqları
- Printer, skaner qurğuları ilə proqram səviyyəsində işləmə bacarığı
- Sistem və şəbəkə texnoloqiyaları üzrə başlanğıc biliklər
- Şəbəkə və server avadanalıqları ilə işləmə bacarığı (Fundamental)
- Xarici dil: İngilis dili (Texniki), Rus dili (Arzu olunandır)
- Comptia A+, MTA sertifikatlarına sahib olmaq (Arzu olunandır)

Tələblərə uyğun gələn namizədlər CV-ləri sayt yazmaq olmaz! elektron ünvanına "İT mütəxəssis" başlığı altında 15.02.2021 tarixinə qədər göndərə bilərlər.
*Başlığı qeyd etməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.