İŞƏ QƏBUL ÜZRƏ BAŞ MÜTƏXƏSSİS

900 - 1100 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 35 - 65 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Əli bəy
Telefon (070) 325-81-01
E-mail eli096705@gmail.com
Elanın tarixi 25-02-2020
Bitmə tarixi 25-03-2020
İş barədə məlumat

İşin təsviri:
- İnsan resursları idarəetməsi sahəsi üzrə sənədləşdirmə işlərinin aparılması
- Düzgün kadr seçimi məsələsinin təşkil edilməsi və şirkətin işçi tələbinin müəyyənləşdirilməsi
- İşə qəbulla əlaqədar müsahibələrin keçirilməsi
- İnsan resursları idarəedilməsi sahəsi üzrə müxtəlif təlimatların hazırlanması
- Kadr işinin təşkili və işinə nəzarətin həyata keçirilməsi
- Kadrların öyrədilməsi və onlara nəzarət olunması,daimi söhbətlərin aparılması
- Müsahibələrin təşkil edilməsi və namizədlərin dəvət edilməsi
- Kadrların tələbatının aşkarı və istiqamətləndirilməsi
- Yeni işçilərin rəsmiləşdirilməsi üçün lazımi sənədlərin toplanılması
- Daxili təlimlərin təşkil olunması
- Şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək
- Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı
- Gündəlik müsahibələri təşkil etmək
- Müsahibə nəticələrinin qeydiyyatının aparılması
- İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq
- İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək
- Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək
- İşə qəbul üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək

Namizədə tələblər

- Ali təhsil
-Yaş həddi: 35-65
-Güclü ünsiyyət və danışıq qabiliyyəti olmalı
- Komanda da və kollektivlə işləmək bacarığı
- Müxtəlif düşüncə və dünyagörüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Səmərəli qərar qəbul etmə bacarığı
- İşgüzar ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Təşkilatçılıq və yüksək idarəçilik qabiliyyəti
- İşi planlama və təşkil etmək bacarığı
- İnsan resurslarının idarə olunması prosedurları haqqında biliklərə sahib olmaq
-İşə qəbul prosesi haqqında biliklərə malik olmalıdır
- İdarəetmə üzrə minimum 5 il iş təcrübəsi
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı olmalıdır
- Azərbaycan dilində səlis,aydın və qrammatik danışmalıdır
- Kollektivlə sağlam münasibətlər qurmaq bacarığı olmalıdır
- Özünü sərbəst, dolğun və dəqiq ifadəetmə bacarığı olmalıdı
- Səliqəli və nizam intizamlı olmalıdı

- Müsahibə metodları, testləşdirmə və kadr seçimi politikasından anlayışın olması
- Araşdırma qabiliyyəti yüksək olmalı

İş qrafiki:
-Həftə içi 5 gün saat 10:00-dan 17:00-dək
- Şənbə günü qısaldılmış iş günü
- Bazar günü istirahət

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.