İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ MENECER (PR MENECER)

500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 30 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Xaqani Məmmədov
Telefon (012) 310-02-48
E-mail pr@scout.az
Elanın tarixi 18-02-2020
Bitmə tarixi 18-03-2020
İş barədə məlumat

Azərbaycan Skautlar Assosiasiyası PR menecer vakansiyası üzrə namizəd axtarır.

Azərbaycan Skautlar Assosiasiyası 11 oktyabr 1997-ci il tarixində təsis olunub və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilib.

Təşkilatın başlıca məqsədi ölkə gənclərinin düzgün tərbiyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına köməklik göstərmək, eyni zamanda yeniyetmə və gəncləri 6 istiqamətdə, fiziki, əqli, emosinal, sosial, mənəvi, xarakterik inkişafını dəstəkləməkdən ibarətdir.

- İş qrafiki: tam ştat
- İş müddəti: daimi

Namizədə tələblər

Bilik, bacarıq və xüsusiyyətlər:
- Namizədin yaşı: 24-30 yaş
- Gərgin iş şəraitində işləmə bacarığı
- Strateji düşüncə
- Yaradıcı təfəkkür
- Dil bilikləri: Azərbaycan və ingilis dili
- Rus dilini bilənlərə üstünlük verilir

Mətbuatla əlaqələr:
- İctimaiyyətlə əlaqələr/mətbuat katibi üzrə təcrübə
- Mətbuatla əlaqələrin qurulması, inkişaf etdirilməsi və ona nəzarət
- Press reliz, müsahibə və açıqlamaların hazırlanması və işıqlandırılması
- Mətbuatın izlənməsi aidiyyatı xəbərlərin ötürülməsi
- Müəssisəhaqqında çıxan məlumatların monitorinqi və qimətləndirilməsi

Strateji fəaliyyət:
- PR strategiyası və büdcəsinin tərtib olunması, icrası və nəzarəti
- Kommunikativ məqsəd, hədəf və mesajların müəyyən olunması
- PR standartlarının tərtibi və ona nəzarət
- Müəssisənin strategiyasının müəyyən olunması və həyata keçirilməsində iştirak

Sosial şəbəkələr:
- Sosial şəbəkələrdəki hesabların idarə olunması, izlənməsi
- Sosial şəbəkələrə məlumatların yerləşdirilməsi, izləyicilərlə ünsiyyət qurulması, sualların cavablandırılması
- Sosial şəbəkələrdə yeni trendlərin araşdırılması və tətbiqi
- Müsabiqə və onlayn kampaniyaların təşkili

Web sayt:
- Admin panelinin idarə olunması
- Sayta məlumatların daxil edilməsi
- Sualların cavablandırılması

Dizayn və çap işləri:
- Dizayn və çap işlərində korporativ dizayn elementlərinin istifadəsinə nəzarət
- Dizayn və çap işlərinə dair təkliflər, ideyaların verilməsi
- Dizayn və çap işlərinin müəssisənin strategiyasına uyğunluğunun təmin edilməsi
- İllik hesabatların hazırlanması

Əlavə məlumat:
- Qrafik Dizayn proqramlarından birini bacarması önəmlidir.

Namizədliyi irəli sürmək üçün tələb olunan sənədlər: namizədin CV-si
Elektron ünvan: sayt yazmaq olmaz! (məktub elektron ünvana “PR” mövzusu altında göndərilməlidir)
Sənədlərin göndərilməsinin son tarixi: 30 fevral 2020-ci il

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.