FIRINCI

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 30 yaş
Təhsil -
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs LAVINIA MMC
Telefon (051) 241-42-36
E-mail hr@lavinia.az
Elanın tarixi 07-04-2021
Bitmə tarixi 07-05-2021
İş barədə məlumat

“Lavinia MMC” fırıncı vakansiyası üçün namizəd axtarışındadır:

Vəzifə təlimatı:
- Mayalı məhsullar (qoğal, börək və bulka növləri, simit, poğaça, xaçapuri, şəkərbura, badambura və s.), tort və digər hazırlanmış yarımfabrikat məhsulların bişirilməsi həyata keçirtmək
- Sobada məhsulların bişmə müddətinə nəzarət etmək
- Sobanın istilik tempraturunu məhsullara görə fərqləndirmək və uyğun olaraq tənzimləmək
- Məhsul bişdikdən sonra onu sobadan çıxarmaq və əvvəlcədən ayrılmış yerlərə yerləşdirmək
- Sobanın təmizliyini ciddi nəzarətdə saxlamaq, məhsulu sobaya daxil etməzdən əvvəl və sonra təmizləmək
- İş prosesi zamanı əməyin təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşmaq və riayət etmək
- İstifadə olunan alətlərin istifadəsini qaydalarını bilmək, təmizliyini və saz vəziyyətdə olmasını nəzarətdə saxlamaq
- Sobanın fəaliyyətinin dayanmasına səbəb olacaq halların qarşısını almaq üçün əvvəlcədən lazımi tədbirlər görmək, fəaliyyətinin davamlılığını saxlamaq

İş şəraiti:
- Ünvan: Binəqədi ray., Məsud Davudoğlu küç.(20 saylı uşaq poliklinikasının və №115məktəbin yaxınlığı)
- İş qrafiki: həftədə 6 gün saat 7:00-17:00-dək
- Nahar şirkət tərəfindən ödənilir
- Əmək haqqı: 300-400 AZN

Namizədə tələblər

- Fırın, çörəkçi və oxşar sahələrdə təcrübəsi olmalı
- Çevik, aktiv, diqqətli və eyni zamanda ehtiyatlı olmalı
- Təmizliyə, səliqəyə və gigenik qaydalara xüsusi riayət etməli
- Fiziki olaraq sağlamlığı iş funksiyasına uyğun olmalı
- Hərəkətli iş rejimində işləməyi bacarmalı
- Yaş: 20-30

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.