BORU QURAŞDIRICISI

600 - 900 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 55 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İnsan Resursları
Telefon (012) 446-49-44
E-mail hr@bakushipyard.com
Elanın tarixi 21-08-2020
Bitmə tarixi 21-09-2020
İş barədə məlumat

- Yeni tikilən, eləcə də təmirdə olan gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən müxtəlif diametrli borularda quraşdırma əməliyyatları həyatı keçirilir
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
- Sığorta Təminatları var
- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır

Namizədə tələblər

- Boruların növləri, ümumilikdə material tərkibi haqqında məlumatlı olmalı
- Boru quraşdırma kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan peşəkar və təhlükəsiz istifadəni bacarmalı
- İşlə bağlı çertyoj və planı oxumağı bilməli, izah etməyi bacarmalı
- Çertyoj əsasında boruları və bütün növ lazımi detalları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
- Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Sex şəraitində boru hissələrinin və dayaqlarının verilən cizgilər əsasında yığılması
- Koordinatlar əsasında gəmidə ərazilərin tapılması, koordinat sistemindən anlayış
- Verilən koordinatlar əsasında boru dayaqlarını və boru hissələrini gəmidə quraşdırmaq
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı
- Boru konstruksiyası sahəsində minimum 3 illik iş təcrübəsinə sahib olmalı
- Əlavə iş vaxtında və növbəli iş rejimində işləmək imkanına sahib olmalı
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Kollektivdə və komanda şəklində işləməyi bacarmalı

Maraqlanan namizədlər sayt yazmaq olmaz! e-mail ünvanına CV göndərə və ya (012) 446 49 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.