BORU QAYNAQÇISI

600 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 50 yaş
Təhsil Orta
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İnsan Resursları Şöbəsi
Telefon (012) 446-49-44
E-mail hr@bakushipyard.com
Elanın tarixi 25-01-2021
Bitmə tarixi 25-02-2021
İş barədə məlumat

- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq əmək haqqına əlavə olaraq hesablanır
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
- Sığorta təminatları təmin edilir

Namizədə tələblər

- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən müxtəlif diametrli borularda qaynaq əməliyyatlarının aparılması

Vəzifə öhdəlikləri:
- Sahə ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etməyi bacarmalı
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini bilməli
- Dəyişən və sabit cərəyanla qaynağın və elektrik qövsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
- Sürət, gərginlik və amper tənzimləməyi, qaynaq zamanı problemləri müəyyənləşdirməyi bacarmalı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Qaynaq sonrası tikişləri təmizləməli və qüsurlar zamanı təmir işini aparmalı
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlamalı;

Digər tələblər:
- Ağır sənayedə 2 ildən yuxarı müvafiq peşə təcrübəsi olmalı
- Müvafiq sahə üzrə qaynaq sertifikatı olmalı
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı olmalı
- Subordinasiya qaydalarına uyğunlaşmaq və kollektivdə işləmə bacarığı olmalı

Maraqlanan namizədlərdən sayt yazmaq olmaz! e-mail ünvanına CV göndərmək xahiş olunur. CV göndərilən zaman mövzu yerində mütləq müraciət edilən vəzifənin adı qeyd olunmalıdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.