BORU QAYNAQÇISI

700 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 23 - 55 yaş
Təhsil Orta
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs İnsan Resursları Departamenti
Telefon (012) 446-49-44
E-mail hr@bakushipyard.com
Elanın tarixi 07-08-2020
Bitmə tarixi 07-09-2020
İş barədə məlumat

- İş qrafiki: 5 gün, 08:00-dan 17:00-dək
- Yeni tikilən, eləcə də təmirə gələn gəmilərdə, platformalarda texniki spesifikasiyalara əsasən əsasən müxtəlif diametrli borularda qaynaq əməliyyatlarını həyata keçirmək
- İş qrafikindən əlavə iş saatları qanunvericiliyə uyğun olaraq maaşa əlavə hesablanır
- Xüsusi mühafizə vasitələri, nahar və nəqliyyat müəssisə tərəfindən təmin edilir
- Sığorta Təminatları var

Namizədə tələblər

- Sahə ilə bağlı qaynaq aparatlarından və əl alətlərindən mükəmməl istifadə etmə bacarığı
- Müxtəlif elektrik qaynaq, qazla qaynaq aparatlarının quruluşlarını və iş mexanizmlərini bilməli
- Dəyişən va sabit cərəyanla qaynağın va elektrik qovsü ilə yonmanın xüsusiyyətlərinə bələd olmalı
- Sürət, gərginlik və amper tənzimləmək, qaynaq zamanı problemləri müəyyənləşdirmə bacarığı
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli
- Elektrodların növlərini bilmək və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçmək
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Qaynaq sonrası şovu təmizləmək və qüsurlar zamanı təmir işini aparmaq
- Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli
- Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılması
- İstehsalat zərurəti olduqda əlavə iş vaxtında işləmək imkanı olmalı
- Boru qaynağı sahəsi üzrə 3 ildən az olmayan iş təcrübəsi
- Kollektivdə işləmə bacarığı

Maraqlanan namizədlər sayt yazmaq olmaz! e-mail ünvanına CV göndərə bilərlər. CV göndərən şəxslər mövzu yerində mütləq müraciət edilən vəzifənin adını göstərməlidirlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.