BİZNES ANALİTİK

1200 - 1700 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 27 - 40 yaş
Təhsil Natamam ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Aysel x
Telefon (012) 404-15-67
E-mail info@emobile.az
Elanın tarixi 27-10-2020
Bitmə tarixi 27-11-2020
İş barədə məlumat

- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
- İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
- Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi
- İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
- Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
- Əmək haqqı 1200-1700 AZN. (Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək)

Namizədə tələblər

- Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1 il iş təcrübəsi
- Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə
- Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək
- İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
- Sistem Tələblərinin Spesifikasiyası (Analiz və Dizayn sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
- Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.