BAŞ MÜHASİB

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 28 - 55 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Azər m
Telefon (012) 465-55-82
E-mail hr@bbs.az
Elanın tarixi 29-11-2021
Bitmə tarixi 29-12-2021
İş barədə məlumat

Biz ölkəmizin iqtisadi çiçəklənməsini hədəf götürərək, Azərbaycanda vergi mədəniyyətinin daha da inkişafı üçün fəaliyyət göstəririk. Vergi ödəyiciləri üçün şəffaf vergi siyasətinin təmin edilməsi bizim başlıca məqsədlərimizdəndir. Məhz buna görə də vergi və digər dövlət orqanları ilə qarşılıqlı təmasda fəaliyyət göstəririk. Vergi ödəyicilərinin hüquqlarının qorunmasına və öhdəliklərinin tam yerinə yetirilməsinə nail olmaq, eləcə də milli biznesin inkişafına töhvə vermək əsas vəzifəmizdir. Eyni zamanda, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa və digər qanunvericilik aktlarına əsaslanaraq beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə, müxtəlif metodlarlardan istifadə edərək qiymətləndirilməsini həyata keçirməsi şirkətimizin əsas məqsədləri sırasındadır. Məqsədimiz müştəri şirkətləri geniş sahələrdə mühasibat uçotu, audit, maliyyə və vergi planlaşdırılması və qiymətləndirmə xidmətləri ilə təmin etməkdir.

- Beynəlxalq mühasibat uçotunun tələblərinə uyğun olaraq aralıq və illik maliyyə hesabatlarını tərtib etmək
- Hesabatlılıq prosesinin və aylıq bağlanış prosedurlarının səmərəli təşkilini həyata keçirmək
- Xarici və daxili auditorlarla qarşılıqlı əməkdaşlıq, sorğuların emalı, məlumatları toplamaq və təqdim etmək
- BMHS tələbləri əsasında mühasibat uçotunun aparılması ilə əlaqədar mühasibatlıq komandasına metodiki dəstək vermək
- Mütəmadi olaraq müvafiq nəticələri anlamaq və texniki məsələlər və Mühasibat Uçotu Standartlarının dəyişiklikləri üzrə müntəzəm yenilikləri izləmək üçün onları təhlil etmək
- Bütün gündəlik əməliyyatların mühasibat uçotu (1C) proqramına daxil edilməsi
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
- Vergi orqanları ilə yazışmalar
- Vergi və mühasibat uçotunun aparılması
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər bu kimi sənədləşmələrin və ödənişlərin yerinə yetirilməsi
- Vergi hesab fakturaları və elektron qaimələrin yazılması
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi
- İş qrafiki: 09:00-dan 18:00-dək
- İstirahət günü: şənbə, bazar

Namizədə tələblər

- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
- Maliyyə və ya Mühasibat sahəsində 3 ildən çox iş təcrübəsi
- Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dilini əla, rus dilini və ingilis dilini orta səviyyədə bilmək
- ACCA / CIMA
- IRFS
- Mühasibat uçotu (1C) proqramı
- Maliyyə Hesabatları və izahedici qeydlərlə işləmə bacarığı
- MS Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti
- Ofis avadanlıqları ilə işləmə bacarığı
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil
- Professional etika və müsbət şəxsi keyfiyyətlər

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.