BAŞ MÜHASİB

1500 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 0 - 0 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs Taleh m.
Telefon (012) 564-76-60
E-mail hr@ozguninsaat.com
Elanın tarixi 24-06-2020
Bitmə tarixi 24-07-2020
İş barədə məlumat

- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək
- Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək
- Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək
- Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əsas vəsaitlərin uçotunun aparılmasını, amortizasiya hesablanması, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi; gündəlik hesabları üzrə qalıqlar hesabat
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla yazışmaların aparılmasının təmin olunması
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi; əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
- BTP proqramında (ƏDV, SV, Mənfəət, Əmlak, Torpaq, MÖMV, ÖMV, Aksiz, Mədən) hesabatların tərtib edilməsi
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması
- Öhdəsinə düşən digər əmək funksiyalarını və birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər

- Maliyyə istiqamətində ali təhsil
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Mühasibat uçotu proqramları (1C, ERP) və MS Office, xüsusilə MS Excel və 1C üzrə qabaqcıl istifadə bacarıqları
- Maliyyə sahəsində aparıcı mühasib/baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi

Uyğun namizədlər CV-lərini "sayt yazmaq olmaz!" mail ünvanına mövzu hissəsində "Baş mühasib" qeyd edərək göndərə bilərlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.