BAŞ MEXANİK

500 - 700 ₼

Əlaqə Məlumatları
Şəhər Ağsu
Yaş 30 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Bayram Şəmsəddinov
Telefon (012) 599-05-16
E-mail b.shamsaddinov@susenagro.com
Elanın tarixi 19-06-2020
Bitmə tarixi 19-07-2020
İş barədə məlumat

- Kənd təsərrüfatı maşın və avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Kənd təsərrüfatı maşın və avadanlıqlarına baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün planları (qrafikləri) razılaşdırılır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir
- Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, xərclər smetasının hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini. Köhnəlmiş maşın və avadanlıqları, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir
- Kənd təsərrüfatı maşın və avadanlıqlarının işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Təmir xidməti göstərən işçilərə rəhbərlik ed

Namizədə tələblər

- Müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini bilməlidir
-) Müəssisədə təmir xidmətinin təşkilini bilməlidir
- Kənd təsərrüfatı maşın və avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilməldir
- Montaj və təmir metodlarını bilməlidir
- Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu bilməlidir
- Təlimatların tərtib edilmə qaydasını bilməlidir
- Kənd təsərrüfatı maşın və avadanlıqlarının təmirdən sonra qəbul və təhvil verilmə qaydasını bilməlidir
- Əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməlidir

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.