BAŞ AŞPAZ

800 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 24 - 46 yaş
Təhsil Orta
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Rəvana Məmmədova
Telefon (012) 349-58-55
E-mail ravana.mammadova@aplusco.az
Elanın tarixi 15-04-2021
Bitmə tarixi 15-05-2021
İş barədə məlumat

- Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək
- Menyunun hazırlanmasında iştirak etmək
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri, həmçinin, yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək
- Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək
- Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək
- Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək

İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq

Namizədə tələblər

- Müvafiq sahə üzrə peşə təhsili
- Yaş aralığı: 30-50
- Kişi namizədlərə üstünlük verilir
- Korporativ mühitdə və gündəlik 300-350 nəfərlik staffa yemək hazırlanması üzrə minimum 3-5 il iş təcrübəsi
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli
- Milli mətbəxi peşəkar səviyyədə bilməli
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Baş aşpaz” yazaraq sayt yazmaq olmaz! ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.