BAŞ AQRONOM

1500 - 2000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 35 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Hr mütəxəssis
Telefon (012) 504-88-88
E-mail hr@grandagroinvitro.az
Elanın tarixi 18-12-2020
Bitmə tarixi 18-01-2021
İş barədə məlumat

- Laboratoriyadan istixanaya köçürülən bitkilərin əkildiyi vaxtdan, calaq edilməsindən və ya calaq edilərək göndərilmə prosesinə qədər keçən müddətdə sağlam və keyfiyyətli şəkildə ən az itki ilə yetişdirilməsini təşkil etmək;
- İstixananın bitkilərin əkininə hazır hala gətirilməsini və əkilməsini təşkil etmək;
- Əkin və calaqetmə üçün gigiyenik şəraitin hazırlanmasını təmin etmək;
- İstehsalat planına uyğun olaraq, istixanada əkmə və calaq etmə planını hazırlamaq, əkin planının və ehtiyat bitkilərin qeydə alınmasını təşkil etmək;
- Bitkinin ehtiyacını qarşılayacaq şəkildə istixana daxilində rütubət və temperaturu nəzarət altında saxlanılmasını təmin etmək;
- İsitmə, soyutma, kölgələndirmə, sisləməyə nəzarət edilməsi, isitmə və yanacaq istehlakının qeydiyyata alınmasını təşkil etmək;
- Bitkinin ehtiyacını qarşılayacaq dərəcədə, münasib vaxtda və miqdarda suvarmanın və gübrələmə işlərinin yerinə yetirilməsini təmin etmək;
- İstixanalarda pestisidlərin istifadəsini minimuma endirməklə, xəstəliklərin yayılması və zərərli həşəratların olub-olmadığının yoxlanılmasını həyata keçirmək, İstixana daxilində xəstəlik yayılması və zərərli həşəratların daxil olmasının qarşısını alacaq tədbirlərin görülməsini təmin etmək;
- Bitkilərin şəraitə uyğulaşdırılmasını, boylama proseslərini və calaq etmə işlərinin təlimatlara uyğun olaraq yerinə yetirilməsini həyata keçirmək;
- Aylıq istehlak və ehtiyat məhsullarına dair məlumatların qeydə alınmasını təmin etmək;

İş şərtləri:
- İş vaxtı I - V günlər 08:30-17:30
- Şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə;
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə tələblər

- Aqronomluq üzrə ali Təhsil;
- Uyğun sahədə ən azı 5 il iş təcrübəsi;
- Texniki biliklərlə yanaşı idarəetmə bacarıqları;
- 1 C proqramı bilikləri üstünlükdür;
- Ölkə xarici və rayonlara ezam getmə imkanının olması;

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.