AQRAR MÜTƏXƏSSİS-MƏSLƏHƏTÇİ

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Şəki
Yaş 18 - 65 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs İlyas Səfərli
Telefon (024) 244-54-47
E-mail office@uluchay.org
Elanın tarixi 05-01-2021
Bitmə tarixi 05-02-2021
İş barədə məlumat

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini İqtisadi və Sosial İnkişaf Mərkəzinin tərəfdaşı kimi həyata keçirir.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Layihə çərçivəsində “Uluçay” üç aqrar mütəxəssis – məsləhətçi vakansiyalarını elan edir.

- Ərazi: Şəki-Zaqatala İqtisadi Regionu
- Müddət: 24 ay
- Iş qrafiki: həftə içi 5 gün
- İş saatı: 09:00-dan 18:00-dək

Aqrar mütəxəssis – məsləhətçilər Şəki şəhərində yaradılacaq Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzlərində yerli fermer və əhali üçün kənd təsərrüfatı sahəsində məsləhət xidmətləri göstərəcəkər. Həmçinin, iş çərçivəsində iqtisadi region ərazisinə seçilmiş kəndlərə mütəmadi səfər edərək sahələrdə fermerlərə dəstək göstərəcəklər.

Vəzifə və öhdəliklər:

- Kənd Təsərrüfatı Məsləhət və İnformasiya Mərkəzinin gündəlik işlərində aktiv iştirak etmək;
Kənd təsərrüfatı, k/t aid innovasiya, texnologiya və digər vacib məlumatların toplanması və fermerlərə çatdırılması
- Fermerlərə və eləcə də, fermer təsərrüfatı yaratmaq istəyənlərə məsləhət və dəstək xidmətlərinin göstərilməsi
- Regionla fermer, bazar iştirakçıları, istehsalçılar və digər dəyər zənciri iştirakçıları ilə bağlı məlumat bazasının yaradılması və onun daima yenilənməsində iştirak etmək
- Fermerlər üçün təlimlərin və məlumatlandırma sessiyalarının təşkil edilməsinə dəstəyin göstərilməsi
- Layihə tərəfindən keçiriləcək Təlimçilər üçün Təlimlərdə iştirak etmək və əldə edilən təcrübə və bilikləri sahələrdə fermerlərə ötürmək
- Aqro-pikniklərin, şəbəkə görüşlərin və layihə çərçivəsində təşkil ediləcək festivalların təşkilində aktiv iştirak etmək
- Görülmüş işlərlə bağlı aylıq və rüblük hesabatların hazırlanması və Yerli Koordinatora təqdim edilməsi

Namizədə tələblər

- Kənd təsərrüfatı sahəsində ali təhsil (aqronom, bitkiçilik, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, aqrar texnologiya) və ya qeyd edilən sahələr üzrə müvafiq təcrübə
- Kənd təsərrüfatı sahəsində məsləhət xidmətlərinin göstərilməsində ən azı 3 illik təcrübə
- Kənd təsərrüfatı sahəsində yenilikləri izləmək və müxtəlif yeni təcrübələri bilmək
- Araşdırma və məlumat bazası ilə işləmək bacarığı
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı yüksək səviyyədə olmalıdır
- MS Office (Word, Excel, PowerPoint) proqramlarından sərbəst istifadə etmək bacarığı
- Dürüst, dəqiq və işinə məsuliyyətlə yanaşmalı
- İş ilə bağlı ölkə daxilində səfərə gedə bilməlidir

Maraqlı olan şəxslər CV-rini 24 yanvar, 2021-ci il tarixindən gec olmayaraq sayt yazmaq olmaz! e-mail ünvanına “Aqrar mütəxəssis” başlığı ilə göndərə bilərlər.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.