AQRAR MÜTƏXƏSSİS

300 - 500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 40 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Əlizadə Əsman
Telefon (012) 433-17-96
E-mail adviser@maybo.az
Elanın tarixi 10-06-2020
Bitmə tarixi 10-07-2020
İş barədə məlumat

İşin təsviri:
- Mütəxəssis şirkətin aqrar sahə üzrə nəzərdə tutulmuş potensial müştəriləri ilə sıx əlaqədə olacaq, beynəlxalq istehsalçı şirkətlərin aqrar sektorun müxtəlif istiqamətləri üzrə məsələlərin həlli üçün təklif etdiyi avadanlıqları öyrənəcək, həmin avadanlıqların faydası haqqında yerli müştərilərə məlumatlar hazırlayacaq, təqdimatlar verəcəkdir. Bundan başqa, biznesin inkişaf etdirilməsi istiqamətində lazım olan marketinq sənədlərinin, məktubların, broşürlərin və s. hazırlanmasında yaxından iştirak edəcəkdir
- İş günü həftə içi hər gün saat 09:00-dan 18:00-dək
- Nahar 13:00-dan 14:00-dək
- AR Əmək məcəlləsinə əsasən rəsmiləşdirilir
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən olunacaq

Namizədə tələblər

- Təhsili: kənd təsərrüfatı (aqronom, bitkiçilik, bitki mühafizəsi, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, aqrar texnologiya) və yaxud biologiya ixtisasları üzrə bakalavr, magistr və ya doktorantura
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Yaxşı nitq və yazı qabiliyyəti
- Aqrar (bitkiçilik, biologiya) sahədə yüksək nəzəri biliklərə malik olmalı, praktik bacarığı arzuediləndir
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı olmalıdır
- İngilis dilində texniki mətnləri oxuyub başa düşmə bacarığı olmalıdır
- Rus dilində yazıb-oxumaq bacarığı əlavə üstünlükdür
- MS Office proqramından sərbəst istifadə etmək bacarığı

Əlavə Tələblər:
- Dürüst, işinə məsulliyyətlə yanaşmalı, məntiq və müstəqil araşdırma qabiliyyətinin yüksək olmalıdır
- İş ilə bağlı ölkə daxilində və xaricində səfərə gedə bilməlidir
- Etibarlı mənbədən (təhsil müəssisəsi, əvvəlki iş yer və s.) tövsiyə məktubu arzuediləndir

CV-lərinizi sayt yazmaq olmaz! mailinə "Aqrar mütəxəssis" başlığl ilə göndərməyiniz Sizdən xahiş olunur.